Sony yeni nəsil oyun konsollarının satışında rekord həddə çatıb. 

İqtisadiyyat.az xəbər verir kli, bu barədə “Pocket-lint” nəşri məlumat yayıb. 

2022-ci ilin dördüncü rübündə qazanc haqqında hesabat verən korporasiya , bunun PS5 tədarükü baxımından ən yaxşı üç ay olduğunu qeyd edib.  

Bu müddət ərzində şirkət 7,1 milyon konsol satıb ki, bu da konsol tarixində ən yüksək göstəricidir. Yapon firması ötən rübdə bazara 3,9 milyon ədəd məhsul göndərib.