PKK/YPG terror təşkilatının daha bir məsul şəxsinin zərərsizləşdirildiyi məlum olub.

İqtisadiyyat.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının dekabrın 5-də Türkiyə sərhədindən 230 km məsafədə, Suriyanın Deyrizor şəhərində həyata keçirdiyi əməliyyat nəticəsində “Roni Velat” kod adlı Şirvan Hasanı öldürülüb.

Şirvan Hasanı 2012-ci ildə Trabzonda Jandarma Komandanlığına partlayıcı qurğu ilə həyata keçirilən və 3 əsgərin yaralanmasına yol açan terror aktında iştirak edib. 2023-cü ildən Deyrizorda PKK/YPG-nin məsul şəxsi olub.