Bakı Şəhər və Pirallahı rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə paytaxtın Pirallahı rayonunda əsas magistral yolunun kənarındakı boş ərazidə növbəti genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
Bu barədə İqtisadiyyat.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Aksiyada icra qurumlarının, kommunal və digər xidmətlərin, Yaşıllaşdırma Birliyi Təsərrüfatının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş 3 mindən çox Eldar Şamı və 2 mindən çox oleandr kolları əkilib.
Yeni əkilən ağac və kollara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.