1982-ci ildə PDF formatını yaradanlardan biri olan Çarlz Geşke ilə birlikdə "Adobe" şirkətini yaradan Con Uornok 82 yaşında vəfat edib. 

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Adobe" sədri və baş icraçı direktoru Şantanu Narayen  bildirib. 

Onun sözlərinə görə, Con texnologiyaların müştəriləri necə sevindirəcəyi və biznes dəyəri yaradacağı barədə inanılmaz dərəcədə müdrik idi. Con və onun qrafik rəssamı olan həyat yoldaşı Marva müştəri empatiyası üçün standart yaratmışdılar.

Con Uornokun ölüm səbəbi hələlik məlum deyil. 

Qeyd edək ki, Uornok texnoloji yenilikləri ilə dünyanı dəyişdirdiyinə və sənayeni ruhlandırdığına görə bir çox mükafat və fəxri adlar alıb. Bunlara “Milli Mühəndislik Akademiyasının Təqaüdü”, “Milli Elm Medalı”,  Kompüter Tarixi Muzeyi Şöhrət zalına üzvlük və digər mükafatlar daxildir.

Gülşən Şərif