“Procter & Gamble Co” (“P&G”) şirkəti daha yüksək xammal və yük xərcləri səbəbindən mənfəətin gözləniləndən daha çox itirilməsi ilə bağlı xəbərdarlıq edib. Bununla belə, şirkət daha yüksək qiymətlərə və şəxsi gigiyenaya tələbatın davamlı artmasına üstünlük verərək 2021-ci il üzrə proqnozunu dəyişməyib.
Bu barədə “Reuters” yazır.
Şirkətin proqnozuna görə, cari maliyyə ilində xammal və yük xərcləri 2,3 mlrd. ABŞ dollarına yüksələcək. Daha əvvəl “P&G” xərclərin 1,9 mlrd. dollar olacağını gözləyirdi.
Artan xərclər və şəxsi gigiyena məhsullarına olan tələbatın artması səbəbindən müşahidə edilən bahalaşma şirkətin satışlarını 5% artıraraq 20,34 mlrd. dollara çatdırıb. Halbuki analitiklər bu rəqəmin 19,91 mlrd. dollara çatacağını gözləyirdilər.
“P&G”nin xalis mənfəəti 4% azalaraq 4,11 mlrd. dollar təşkil edib, hər səhm üzrə mənfəət 1,61 dollara düşüb.