“Pfizer” şirkəti 2021-ci il dekabrın 28-dək koronavirusa qarşı 2,5 milyarddan çox vaksinin tədarükünü həyata keçirib.

İndiyədək dünyanın 166ölkə və ərazisinə vaksin tədarük edilib.

Qeyd edək ki, Con Hopkins Universitetinin məlumatına görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 300 milyon nəfəri ötüb. Onlardan 5 471 856 nəfəri ölüb.

Yoluxma sayına görə ilk 3 pilləni ABŞ, Hindistan və Braziliya tutur.