İqtisadiyyat.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Danışıqlar zamanı Pezeşkian İsrailin İraq hava məkanından istifadə etməsinin qarşısını almaq üçün Bağdadı təcili tədbirlər görməyə çağırıb. Onun sözlərinə görə, İraq öz hava məkanını daha ciddi şəkildə qorumalıdır.
Pezeşkian həmçinin vurğulayıb ki, əgər İsrail İran ərazisinə hücumlarını davam etdirərsə, Tehranın cavabı sarsıdıcı olacaq.
Xatırladaq ki, 15 iyun bazar gecəsi, Suriya, İordaniya və İraq, İranın İsrailin Hayfa şəhərinə raket zərbələrindən sonra öz hava məkanlarını bağladıqlarını elan ediblər. Daha əvvəl Bloomberg agentliyi xəbər vermişdi ki, İran Hayfaya 40-dan çox raket atıb və bu zərbələr nəticəsində əsas hərbi və silah istehsalı obyektləri vurulub.