İlin ilk rübündə 1,8 milyard TL xalis mənfəət əldə edən “Petkim” qlobal təsirlərə baxmayaraq, istehsala fasiləsiz davam edib. 

Türkiyənin ən böyük xarici investoru “SOCAR Türkiye”nin törəmə müəssisələrindən olan “Petkim” 2022-ci ilin ilk rübünü 1,7 milyard TL ümumi, 1,8 milyard TL xalis mənfəətlə başa vurub.

“Petkim” qlobal miqyasda geosiyasi risklərə baxmayaraq, ilk rübdə uğurlu idarəçilik, yüksək məhsuldarlıq və STAR NEZ-in fasiləsiz xammal dəstəyi ilə cari ilə də uğurla başlayıb.

2022-ci ilin ilk rübündə valyuta təminatlı depozit sisteminin təsiri ilə nağd pul ehtiyatını gücləndirməyə nail olan “Petkim”, xərclərin artmasına baxmayaraq, istehsala fasiləsiz davam edib. İlk 3 aylıq dövrdə 11,4 milyard TL satış gəliri əldə edən “Petkim”in kommersiya satışları ümumi satışlarının 33%-ni təşkil edib. “Petkim” bu çətin dövrdə 258 milyon TL məbləğində korporativ gəlir vergisi ilə Türkiyə iqtisadiyyatı üçün iqtisadi dəyər yaratmağa davam edib.

ƏSAS GÖSTƏRİCİLƏR

2022-ci ilin I rübü

2021-ci ilin I rübü

Dəyişiklik

Fərq

2022-ci ilin I rübü ilə 2021-ci ilin I rübü arasında fərq

 2022-ci ilin I rübü ilə  2021-ci ilin I rübü arasında fərq

Xalis satışlar (milyon TL)

11421

5034

127%

6387

Ümumi mənfəət (milyon TL)

1675

1210

38%

465

Ümumi mənfəət marjası (%)

14,7%

24,0%

-9,4

 

Xalis mənfəət (milyon TL)

1753

892

97%

861

Xalis mənfəət marjası (%)

15,3%

17,7%

-2,4

 

EBITDA (milyon TL)

1603

1225

31%

378

EBITDA marjası (%)

14,0%

24,3%

-10,3