"Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri martın 15-17-də keçiriləcək prezident seçkilərinə qədər baş tutmayacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov aktual mövzularla bağlı jurnalistlərə açıqlamalar verib.

Onun sözlərinə görə, hazırda yüksək səviyyəli təmaslara hazırlıq gedir:

"Səfər seçkiyə qədər baş tutmayacaq. Putinin seçkiyə qədər sıx və gərgin iş qrafiki var. Ərdoğanın da qrafiki kifayət qədər sıxdır. Bu təmaslar liderin proqramına uyğun olaraq baş tutacaq".

 

Gözəl Həşimova