"OPEC+" formatında qərarlar konsensus əsasında qəbul edilir və qlobal enerji bazarlarının sabitləşməsinə xidmət edir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Biz bu dialoqda fəal iştirak edirik. Rusiya çox məsuliyyətli mövqe tutur. Bu dialoqda tərəfdaşlarla qarşılıqlı fəaliyyətimizi yüksək qiymətləndiririk. Təbii ki, qəbul edilən bütün qərarlar konsensusun, ümumi razılaşmaların məhsuludur”, - Kreml nümayəndəsi vurğulayıb.

 

Gözəl Həşimova