Haaqanın hər hansı qərarı hüquq baxımından etibarsızdır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Beynəlxalq Cinayət Məhkəməsi (Haaqa) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməsinə münasibət bildirərkən deyib.

"Biz bu məhkəmənin yurisdiksiyasını tanımırıq, onun hər hansı qərarı hüquq baxımından etibarsızdır", - deyə Kremlin sözçüsü vurğulayıb.