Nazirlər Kabineti “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib.

İqtisadiyyat.az xəbər verir ki, qərara əsasən, peşə təhsili üzrə ixtisasların sayı artırılıb.

“Sənətşünaslıq, mədəniyyət və incəsənət” peşə istiqaməti üzrə” Reklam işi” ixtisas qrupuna “Reklam dizayneri”, “İnteryer və eksteryerin bədii tərtibatı” ixtisas qrupuna “Florist”, “Ağacdan, keramikadan, metaldan hazırlanan bədii məmulatlar” ixtisas qrupuna “Ağac nəqqaşı” ixtisasları əlavə edib.