Energetika naziri Pərviz Şahbazov bu gündən başlayaraq Avstriyanın paytaxtı Vyanada keçirilən və sabah başa çatacaq 8-ci OPEC beynəlxalq seminarı çərçivəsində OPEC-in Baş katibi Haysam Əl-Qays ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bunu nazir tviter hesabında bildirib.

“OPEC-in Baş katibi Haysam Əl-Qays ilə neft bazarının balanslaşdırılması və Enerji Sabitliyi məqsədilə əməkdaşlığa və gələcək fəaliyyətimizə dair səmərəli müzakirələr apardıq", - deyə o qeyd edib.