Energetika naziri Pərviz Şahbazov sabahdan başlayaraq 2 gün ərzində Avstriyanın paytaxtı Vyanada keçiriləcək 8-ci OPEC beynəlxalq seminarında iştirak edəcək.

İqtisadiyyat.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, seminar “Dayanıqlı və inklüziv enerji keçidinə doğru” mövzusunda baş tutacaq.

Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.