Perunun qərbində mikroavtobusun uçurumdan aşması nəticəsində azı 10 nəfər ölüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Andina" agentliyi məlumat yayıb.

Məlumata görə, avtobusda olan digər 9 sərnişin sağ qalıb. Lakin polis xəsarətlərin ağırlığına görə yol qəzası qurbanlarının sayının arta biləcəyini istisna etmir.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Polisin məlumatına görə, mikroavtobus Ankaş əyalətində körpünün üzərinə çıxarkən uçurumdan aşıb.