Tropik "Yaku" qasırğasının Peruda yaratdığı daşqınlar 65 nəfərin ölümünə səbəb olub.

İqtisadiyyat.az xəbər verir ki, həmçinin 5 nəfərin itkin düşdüyü bildirilir. Daşqınlar nəticəsində ölkənin paytaxtı Lima daxil olmaqla bir çox bölgədə dağıntılar meydana gəlib. 

Mülki Müdafiənin son hesabatına görə, təbii fəlakətdən 66 min 853 nəfər zərər çəkib, 9 min 677 evə ziyan dəyib, 1541 ev yararsız hala düşüb.