Dünyanın ən böyük sərinləşdirici içki istehsalçılarından biri olan "PepsiCo" şirkəti bu maliyyə ilinin üçüncü rübündə xalis mənfəətini 5,2% azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Sentyabrın 7-də başa çatan maliyyə rübündə şirkətin xalis mənfəəti 3,09 milyard dollardan 2,93 milyard dollara enib. Səhm üzrə mənfəət 2,24 dollardan 2,13 dollara düşüb.

"PepsiCo"nun rüblük gəliri isə 23,45 milyard dollardan 23,32 milyard dollara enib.

 

Gözəl Həşimova