İqtisadiyyat.az xəbər verir ki, şirkət 2024-cü ilin dördüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Açıqlamaya görə, "PepsiCo"nun 2023-cü ilin dördüncü rübündə gəliri 27,85 milyard dollar olub.

"PepsiCo"nun gəlirləri Avropada 6 faiz, Afrika, Yaxın Şərq və Cənubi Asiyada 5 faiz, Asiya Sakit okean, Avstraliya və Yeni Zelandiya və Çində 2 faiz artıb, Latın Amerikasında isə 7 faiz azalıb.

Şirkətin ötən ilin dördüncü rübündə xalis mənfəəti isə 17 faiz artaraq 1,5 milyard dollara çatıb.

 

Gözəl Həşimova