"ABŞ Ukraynaya 150 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayıracaq. Yeni paketə NASAMS qısa və orta mənzilli zenit-raket kompleksləri, HIMARS reaktiv yaylım atəş sistemləri və digər silahlar üçün sursatlar daxildir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, ABŞ NASAMS və HIMARS üçün əlavə sursatla yanaşı, Ukraynaya AIM-9M hava hücumundan müdafiə raketləri, "Stinger" və "Javelin" kimi insan daşına bilən zenit və tank əleyhinə raket kompleksləri, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, TOW tank əleyhinə sistemlər üçün raketlər, 2 milyon patron, gecəgörmə cihazları və digər avadanlıqlar tədarük edəcək. 

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken ABŞ-nin Ukraynaya 150 milyon dollar məbləğində növbəti hərbi yardım paketi ayırdığını bildirmişdi.