Ukraynanın əks-hücum əməliyyatı gözlənildiyindən ləng gedir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli söz açıb.

O, Ukrayna qoşunlarının hücumunun sürətinin gözlənildiyindən daha ləng olduğu qənaətindədir: 

"Hücumun tempi ABŞ və Ukraynanın gözlədiyindən daha yavaşdır. Lakin bu, müharibədə qeyri-adi hal deyil. Kağız üzərindəki müharibə ilə real müharibə arasındakı fərq budur", - deyə amerikalı general İordaniyanın "Al Məmləkə" telekanalına müsahibəsində bildirib.