ABŞ Müdafiə Nazirliyi 2025-ci maliyyə ilində ABŞ-nin borc tavanını artırmaq üçün silahlanma xərclərini təxminən 10 milyard dollar azaldacaq.

Bu barədə İqtisadiyyat.az “Politico” qəzetinə istinadən xəbər verir.

Qərar ABŞ-nin borc tavanının artırılması ilə bağlı ötən il əldə edilmiş razılaşmalara əməl etmək məqsədilə verilib. Belə ki, ABŞ prezidenti Co Bayden 2023-cü ilin iyun ayında dövlət borcunun tavanını artırmaq üçün Konqres tərəfindən daha əvvəl təsdiq edilmiş qanun layihəsini imzalayıb və bu qanun həm də federal idarələr tərəfindən xərclərin 1% azaldılmasını nəzərdə tutur.

Pentaqon 2025-ci maliyyə ili üçün büdcəsinin təxminən 859,7 milyard dollar olacağını gözləyir.

 

Gözəl Həşimova