ABŞ Rusiyanı strateji sabitliklə bağlı danışıqlara qayıtmağa çağırıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Strateji Komandanlığının (STRATCOM) rəhbəri, Hərbi Hava Qüvvələrinin generalı Entoni Kotton bildirib. 

"Pentaqon Rusiyanın strateji sabitliklə bağlı danışıqlara qayıtmasını istəyir", - STRATCOM-un rəhbəri qeyd edib.