ABŞ-nin xüsusi əməliyyat bölmələrinin nümayəndələri hazırda Ukrayna hərbçilərinə, lakin Ukrayna sərhədlərindən kənardan dəstək verirlər. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Atlantik Şurada çıxış edən ABŞ müdafiə nazirinin xüsusi əməliyyatlar və aşağı intensivlikli münaqişələr üzrə köməkçisi Kristofer Meyer deyib.

"Başa düşdüyüm qədər, ABŞ prezidenti Co Baydenin qərarı Ukraynada ABŞ hərbi mövcudluğunun olmayacağı ilə bağlı idi. Bu, həmçinin hərbi xüsusi operatorlardan istifadəni əhatə edirdi", - Mayer deyib. Eyni zamanda, o, bu "məhdudiyyətlər" səbəbindən Pentaqonun Ukrayna hərbçiləri ilə, lakin "Ukrayna sərhədlərindən kənardan" əməkdaşlıq yollarını axtarmağa məcbur olduğunu qeyd edib. 

"Düşünürəm ki, biz həmkarlarımıza uzaqdan kömək edə bilməklə Ukrayna kontekstində böyük nəticələr nümayiş etdirmişik", - Pentaqonun sözçüsü bildirib.