Milli Məclisin iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihə haqqında danışıb.

O bildirib ki, qanuna dəyişikliklər qəbul olunduqdan sonra ondan 17-20 min vətəndaş faydalanacaq və bunun üçün 4,2 milyon manat əlavə maliyyə vəsaiti tələb ediləcək.

“Təklif olunan dəyişikliklərdə kişilərin və qadınların pensiyaya çıxma yaşının unifikasiyası, çoxuşaqlı ailələrə güzəştlərin artırılması, eyni zamanda pensiyaya çıxma şərtlərinin sadələşdirlməsi kimi məsələlər yer alır”, - deyə deputat əlavə edib.