"Birləşmiş Ştatlar Çin Xalq Respublikası (ÇXR) ilə qarşılıqlı razılaşmalara hörmət etməli və Tayvanda separatçılara dəstəyi dayandırmalıdır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Çin Xalq Respublikasının Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin rəsmi nümayəndəsi Çen Binxua deyib.

"Biz ABŞ-ni "vahid Çin" prinsipinə və ÇXR ilə ABŞ arasında birgə kommünikeyə əməl etməyə, Tayvanın müstəqilliyini dəstəkləməmək öhdəliyini yerinə yetirmək üçün konkret addımlar atmağa və separatçı qüvvələrə yalan siqnallar göndərməyi dayandırmağa çağırırıq", - rəsmi bildirib.

O, Tayvan məsələsinin Çinin milli maraqlarının mərkəzində dayandığını və ABŞ ilə ikitərəfli münasibətlərin ən həssas aspekti olduğunu vurğulayıb: "Çinin Birləşmiş Ştatlar və Tayvan arasında istənilən rəsmi təmaslara qarşı çıxmaqla bağlı mövqeyi ardıcıl və aydındır".