Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Novruz bayramı ilə bağlı tətil günlərində Bakıda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək, bu gündən Heydər Əliyev prospekti boyunca üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparır.

Bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, rənglənmə işləri bir neçə gün davam edəcək. Bu səbəbdən sürücülərdən qeyd olunan tarixdən etibarən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.