Onlayn ödəniş platforması "PayPal" Rusiyanın Ukraynaya hücumuna etiraz olaraq Rusiyadakı xidmətlərini dayandırıb.

Bu barədə "PayPal"ın baş direktoru Dan Schulman məlumat yayıb.

Onun sözlərinə görə,  "Şirkət Ukraynadakı hərbi əməliyyatı pisləməkdə beynəlxalq ictimaiyyətin yanındadır", - deyə ifadə edib.  

Ümumiyyətlə bir çox ölkə, xüsusilə Avropa İttifaqı üzvləri və ABŞ Rusiyaya qarşı sanksiyalar elan edərkən, "Volkswagen", "IKEA", "H&M" və "Siemens" kimi böyük şirkətlər ölkədəki xidmətlərini dayandırıb.