“Pandemiya məsələsində sürprizlər hər zaman olur. Payız aylarında koronavirusa görə ayrı-ayrı məktəblərdə siniflərin bağlanması ola bilər”.

Bunu təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.

Nazir qeyd edib ki, məktəblərin tamamilə bağlanması gözlənilmir.