Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstana işgüzar səfərə gedib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birgə Qazaxıstan Respublikasına işgüzar səfərə yola düşüb.
Ermənistanın baş nazirinin Avrasiya Hökumətlərarası Şurasının (EIGC) növbəti iclasında, həmçinin “Digital Almaty Awards” beynəlxalq konfransında iştirak edəcəyi dəqiqləşib.
Açıqlamaya görə, şəhərə Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olan digər ölkələrin baş nazirlərinin həyat yoldaşları dəvət olunub.