Əslində yeniliklərdən danışanda mən bankın yeni rəhbəri kimi əsas borcum ondan ibarətdir ki, təsisçilər tərəfindən ən əsas prioritet strateji dövrdə 3 illik strategiya inkişaf planımız var. Komanda ilə birgə icra edilməsi əsas məqsəddir.
Bunu “PAŞA Bank”-ın idarə heyətinin sədri Cavid Quliyev bankın fəaliyyət göstəriciləri ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki,bu il çağırışlar çoxalıb. İlkin səbəb təbii ki, Rusiya və Ukrayna arasında hərbi münaqişədir və burada bizim rolumuzu, bu faktoru nəzərə almalıyıq ki, Azərbaycanla Rusiaya arasında iqtisadi ticarət əlaqələri çox sıxdır ona görə də idxal istərsə də ixrac sahəsində biz öz müştərilərimizə stabil, sabit mühit yaratmalıyıq ki, bankdan gözlənilən kreditlərdən tutmuş beynəlxalq ödənişlərə qədər onlara fasiləsiz keyfiyyətli xidmət təmin edilsin. İl ərzində əsas hədəf bu olacaq. İdarə heyəti diqqətli yanaşır o səbəbdən əsas fokusumuz bu istiqamətdə olacaq.