Azərbaycanda Milli Məclisə seçklər günü - sentyabrın 1-də 374 şəxsin 18 yaşı tamam olur.

İqtisadiyyat.az "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bildirib.

R.Qasımov bildirib ki, həmin şəxslər məhz sentyabrın 1-də səsvermə hüququ əldə edəcəklər:

“MSK-nın sözügedən gənclər üçün də xüsusi layihəsi var. Çalışırıq ki, onlar həmin günü xoş və qürurverici bir xatirə kimi daim yadda saxlasınlar”.