Parisdə yerləşən Luvr muzeyində Leonardo da Vinçinin dünyada məşhur olan “Mona Liza” tablosunun üzərinə ekoloji fəallar tərəfindən şorba tökülüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

"Bazar günü səhər saatlarında ətraf mühit fəalları Luvrda "Mona Liza" tablosunu qoruyan zirehli şüşənin üzərinə şorba töküb. Onlar hərəkətlərini sağlam və dayanıqlı qida hüququ naminə atdıqlarını bildiriblər", - məlumatda əlavə edilib.