2020-ci ilin iyun ayından bu il noyabrın 1-nə qədər Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara 37,9 milyon manat yardım edilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də bildirib.

Onun sözlərinə görə, ödəniş dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində həyata keçirilib.