Bu il yanvarın 1-nə pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramı üzra ayrılmış vəsaitdən 113 milyon 064,5 min manatın 107,4 min vergi ödəyicisinin bank hesabına, muzdlu işçilərin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi ilə bağlı isə ayrılmış vəsaitdən 250 milyon 574,2 min manatın 25,2 min vergi ödəyicisinin bank hesabına köçürülməsi təmin edilib.

Bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Sənədə əsasən, qanunvericiliklə pandemiyanın bilavasitə təsir etdiyi bir çox fəaliyyat istiqamətləri üzrə vergi ödəyicilərinə əmlak va torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 %-i miqdarında vergi güzəştlərinin verilməsi, sadələşdirilmiş vergi məbləği üzrə 50 % güzəştin verilməsi, bir sira vergi dərəcələrinin əhəmiyyətli dərəcədə endirilməsi, bəzi vergilərin ödənilmə müddətinin xeyli uzadılması, vergi və digər borclar üzrə faizlərin hesablanmasının təxirə salınmasi, habelə pandemiyanın mənfi təsir etdiyi mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 % güzəştin verilməsi, digər vergilər üzrə vergi tətilinin verilməsi, sahibkarlıq subyektlərinə profilaktik tədbirlərə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, eləcə də sigorta olunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin hesablanmasında diferensial faiz əmsallarının tətbiq edilməsi və s. kimi böyük həcmli güzəştlər nəzərdə tutulub.

Pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin maliyyə dəstəyini ala bilmələri məqsədilə şəxsi elektron kabinetləri vasitəsilə müraciət etmələri üçün "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqrami" üçün ərizə forması, ödəyicilərinin internet vergi idarəsindəki şəxsi kabinetlərindən müraciət etmə prosedurunu özündə əks etdirən video təlimat hazırlanaraq istifadəyə verilib.