Yaponiyanın “Panasonic” şirkəti ABŞ-da elektrikli avtomobillər üçün 4 milyard dollar dəyərində akkumulyator zavodu tikməyi planlaşdırır.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, bu şirkət akkumulyator istehsalında ən böyük şirkətlərdən birinə çevriləcək. Eyni zamanda, burada 4000-ə qədər iş yerinin yaradılması nəzərdə tutulur.