Atlantik Okeanı ilə Sakit Okeanı birləşdirən dünyanın ən mühüm kanallarından biri olan Panama kanalı narahatlıq doğurur.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, quraqlıq səbəbindən kanaldan gəmilərin keçidi məhdudlaşdırılıb.

Məlumata görə, kanala daxil ola bilməyən və buxtada gözləyən onlarla gəmi qlobal ticarətə zərbə vura bilər. Panama Kanalı İdarəsi bildirib ki, tranzitlərin maksimum sayı sentyabrın 2-dək gündə 32 gəmi ilə məhdudlaşdırılacaq.

Atlantika ilə Sakit okeanı birləşdirən 80 kilometrdən çox su yoluna məhdudiyyətlər Mərkəzi Amerika regionunda yağıntının az olmasından sonra qoyulub.

 

Gözəl Həşimova