Milyonlarla dollar dəyərində mal daşıyan gəmilər Panama kanalının hər iki tərəfində qapalı qalıb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Atlantik okeanını Sakit okeanla birləşdirən kanalın hər iki tərəfində 300 gəmi gözləməkdədir. Bu isə ölkənin təxminən 200 milyon dollar gəlir itirməsinə səbəb olub. 

Quraqlıq məhdudiyyətinə görə Panama kanalında gəmilərin gündəlik keçidlərinin sayı sentyabrın 2-dək məhdudlaşdırılıb. 

Məlumata görə, bəzi şirkətlər kanaldakı gecikmələrə görə alternativ yol axtarırlar. Şirkətlər üçün nəqliyyat xərclərini artıran məhdudiyyətlərin istehlak mallarının qiymətini bahalaşdıracağı gözlənilir.

Gülşən Şərif