Pakistanda İslam Üləma Partiyasının konqresini hədəf alan intihar hücumunda həyatını itirənlərin sayı 56-ya yüksəlib.
İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə Pakistan səlahiyyətliləri məlumat yayıb.
Səlahiyyətlilər hücumda həyatını itirənlərdən 23-nün uşaq olduğunu bildirib.
İŞİD terror təşkilatı sosial media hesablarından paylaşım edərək hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.