Pakistanda silahlıların polis məntəqəsinə hücumu nəticəsində azı 10 nəfər ölüb.

İqtisadaiyyat.az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 6 nəfər yaralanıb. Əyalətin polis rəisi bildirib ki, 30-dan çox silahlı üç istiqamətdən hücum edib və atışma 3 saat davam edib.

Xatırladaq ki, fevralın 8-nə təyin edilmiş Milli Assambleyaya və əyalət qanunvericilik orqanlarına seçkilər ərəfəsində gərginliyin artması ilə Pakistanda zorakılıq halları artıb.

 

Əli Ağayev