Pakistanın Pəncab şəhərindəki həbsxanada məhbuslarla mühafizəçilər arasında baş verən qarşıdurmadan sonra bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistanın milli mətbuatı məlumat yayıb. 

Belə ki, Qucrat rayon həbsxanasında naməlum səbəbdən məhbuslarla mühafizəçilər arasında qarşıdurma baş verib. 

Həbsxanada palataları yandıran məhbuslardan bəziləri həbsxananın damına çıxıb. Sosial mediada həbsxanadan yüksələn alov və damda olan bir qrup məhbusun görüntüləri yayılıb. Həbsxanada güllə səslərinin eşidildiyi qarşıdurmada çox sayda məhbus, polis və mühafizəçi yaralanıb. 

Ölənlərin olub-olmaması barədə hələlik məlumat yoxdur. 

Bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib.