Pakistanın Bəlucistan əyalətində intensiv yağışların səbəb olduğu daşqınlar ən azı 10 nəfərin ölümünə səbəb olub. 

İqtisadiyyat.az xəbər verir ki, ötən gecədən etibarən ölkənin Xuzdar, Zob və Avaran şəhərlərinə güclü yağış yağıb.

Ölənlər arasında iki uşaq və üç qadının olduğu bildirilir. Həmçinin bölgədəki binalara da ziyan dəyib.