Pakistanın Bəlucistan əyalətində yerləşən bazarda baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə polisə istinadən “Dawn” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, motosikletə yerləşdirilmiş əldəqayırma partlayıcı işə düşüb.

Hələlik bölgədə fəaliyyət göstərən silahlı qrupların heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.