Pakistanda ümummilli elektrik enerjisinin kəsilməsi 220 milyona yaxın insanı işıqsız qoyub.

İqtisadiyyat.az xəbər verir ki, Pakistanın Energetika Nazirliyi məlumat yayıb.

Məlumatda ölkənin elektrik şəbəkəsinin səhər saatlarında bağlandığını və bunun elektrik sistemində geniş yayılmış nasazlığa səbəb olduğu bildirilib.

Nazirlik sistemə texniki xidmət işləri sürətlə davam etdiyini qeyd edib.

Nasaszlığın nə qədər davam edəcəyi hələlik bəlli deyil və ölkənin müxtəlif bölgələrində elektrik enerjisinin bərpası istiqamətində işlər aparılır.

Qeyd edək ki, ölkədə yanacaq böhranı davam edir.