Pakistan Gömrük Departamenti ölkə ərazisindən Əfqanıstana tranzit keçən mallara 10% rüsum tətbiq edib.

Bu barədə İqtisadiyyat.az "Doon" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, bu tədbir qaçaqmalçılıqla mübarizə üçün zəruridir. Bildirilib ki, Pakistan ərazisindən Əfqanıstana daxil olan mallar bəyan edilərkən rüsum əvvəlcədən ödənilməlidir.

Qeyd edək ki, Pakistandan tranzitlə Əfqanıstana çatdırılan malların dəyəri ildə 1-2 milyard dollar arasında dəyişir və hazırda belə tranzitdə əhəmiyyətli artım var.

 

Gözəl Həşimova