Pakistan milli hava qüvvələrinin döyüş imkanlarını modernləşdirmək və genişləndirmək üçün Çindən "FC-31" qırıcıları almaq niyyətindədir.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistan Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
"Beşinci nəsil FC-31 qırıcı təyyarəsinin alınması Pakistan Hərbi Hava Qüvvələrinin strateji transformasiyasında əsas mərhələ olacaq", - məlumatda deyilir.
Bundan əvvəl Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Zahir Əhməd Babar Sidhu "FC-31" qırıcılarının yaxın vaxtlarda istifadəyə veriləcəyini bildirib.
Əli Ağayev