Dünya Bankının dəstəyi ilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbuluna başlanıb.

Layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır.

İşsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb edilərək, onlar üçün Dünya Bankının dəstəyi ilə kiçik bizneslər yaradılacaq.  2020-2025-ci illəri əhatə edəcək layihə üzrə qeyd edilən kateqoriyalardan olan 22 min işsiz şəxsin, o cümlədən bu il 2 min işsiz şəxsin proqrama cəlb edilməsi nəzərdə tutulur.

Layihə 2020-ci il ərzində ilkin olaraq 27 şəhər və rayonu (Bakı şəhəri Binəqədi, Xəzər, Yasamal, Nəsimi, Suraxanı, Xətai rayonları; Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri; Gəncə şəhəri Nizami rayonu; Şəmkir, Tovuz, Qəbələ, Şəki, Masallı, Lənkəran, Xaçmaz, Quba, Yevlax, Bərdə, Göyçay, İmişli, Salyan, Ağdam, Füzuli, İsmayıllı və Şamaxı rayonları) əhatə edəcək.

Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması ilə yanaşı, iştirakçıların müraciətləri əsasında digər istehsal və xidmət sahələri üzrə də aktivlər təklif edilə bilər:

1

Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi)

15

Qadın gözəllik salonu

2

PVC qapı və pəncərə hazırlanması

16

Avtomobil şinlərinin təmiri

3

Kişi bərbərxanası

17

Avtoyuma

4

Avtoyağlama

18

Avtoçilingər

5

Mebel (Kəsmə, Bant vurma, Oyma işləri)

19

Dülgər

6

Dəmirçi

20

Dönərçi

7

Avtotornaçı (tokar)

21

Yem üyütmə xidməti (mini yem dəyirmanı)

8

Parket və taxta döşəmə cilalanması

22

Yun darama

9

Avtoelektrik

23

Naxış vurma

10

Meyvə qurutma

24

Təlim-tədris

11

Fitnes (idman)

25

Musiqiçi

12

Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi) 

26

Ayaqqabı təmiri və istehsalı

13

Broyler inkubatoru

27

İstixana

14

Poliqrafiya xidmətləri

28

Foto xidməti


Layihəyə cəlb edilmək üçün www.e-sosial.az portalında “Məşğulluğa Dəstək Layihəsi” bölməsində qeydiyyatdan keçmək,  https://forms.gle/bJ4uBBB8fNPFeYyc9 keçidlə müraciət formasını doldurmaq, yerli məşğulluq və ya DOST mərkəzlərinə müraciət etmək olar.

Əlavə məlumat almaq üçün: 142 - Çağrı mərkəzi.