2021-ci ildə özəl müəssisələrin qeyri-neft ixracı üzrə gəlirlərinin həcmi açıqlanıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında məlumat verilib.

Adı qeyd edilən özəl subyektlər ixrac həcmindən ölkəyə 544 milyon dollarlıq gəlir gətirib.

Siyahıya 123,9 milyon dollar ixrac həcmi ilə “MKT İstehsalat Kommersiya” MMC başçılıq edir. Daha sonra 106,9 milyon dollar ixrac həcmi ilə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi gəlir.

Ölkəyə ən çox gəlir gətirən növbəti üç şirkət isə - “Local Garden” (54,9 milyon dollar), “Baku Steel Company” (45,6 milyon dollar), “P-Aqro” (44,3 milyon dollar), “Sun Food”dur (40,4 milyon dollar) olub.

Digər şirkətlərin ixrac həcmindən əldə etdikləri gəlir ilə infoqrafikadan tanış ola bilərsiniz: