Baş Prokurorluq tərəfindən "Özəl sektorda anti-korrupsiya standartları" mövzusuna həsr olunmuş kitab hazırlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev  "Biznes və insan hüquqları konteksində şəffaflığın təmin olunması" mövzusunda keçirilən konfransda çıxışı məlumat verib.

K.Əliyev bildirib ki, kitab Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən hazırlanıb. Vəsait artıq bir çox biznes subyektlərinə təqdim edilib. 

Bildirilib ki, "Qeyd olunan vəsait milli qanunvericilik beynəlxalq hüquq normaları ilə müqayisəli şəkildə təhlil edilərək və bir sıra beynəlxalq təcrübələrdən faydalanaraq hazırlanıb".