Özbəkistanda koronavirusa yoluxanların sayı son bir gündə 686 nəfər artaraq 21 506-ə çatıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Sutkalıq yoluxma üzrə qeydə alınan bu rəqəm ikinci ən yüksək göstəricidir. Bundan əvvəl iyulun 14-də ölkədə 689 nəfərdə koronavirus aşkarlanmışdı.
Ötən gün Özbəkistanda COVID-19-dan 5 nəfər vəfat edib.
Ölkədə virusa yoluxan 11 674 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər ölüb. Aktiv xəstə sayı 9 710 nəfərdir, 81 pasiyentin vəziyyəti isə ağırdır.report