Özbəkistan Xarici İşlər Nazirliyi Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri ilə bağlı “X”də paylaşım edib.
İqtisadiyyat.az xəbər verir ki, paylaşımda yazılıb:
“Prezident Şavkat Mirziyoyev Bakıya dövlət səfərinə gedib. Bu gün yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır, bu görüşlərdə xalqımızın liderləri ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər”.